Məşhur restoranlar şəbəkəsi kütləvi zəhərlənməyə səbəb oldu

42-ciparalel.az
Vəziyyətlə əlaqədar "Chipotle Mexican Grill”nin səhmləri də 9 faiz düşüb.
Meksikanın məşhur "Chipotle Mexican Grill” restoranlar şəbəkəsinin məhsulları Amerika Birləşmiş Ştatlarında (ABŞ) yoluxucu xəstəliyin yayılmasına səbəb olub. Bağırsaq çöpü xəstəliyi Vaşinqton, Kaliforniya, Oreqon, Minnesota, Ohayo və Nyu York ştatlarında 45 nəfəri xəstəxanalıq edib. Faktla bağlı irimiqyaslı istintaq əməliyyatı başladılıb. Bir sıra restoranlarda çipotle satışlarına müvəqqəti olaraq qadağalar tədbiq olunub. "Chipotle Mexican Grill” rəhbərliyi özü də faktın araşdırılmasında polislə əməkdaşlıq edir. İlkin tədqiqata görə, qrilin tərkibinə qatılan əlavə içlik infeksiyanın yayılmasına səbəb olub. Müstəntiqlər hələlik konkrekt olaraq hansı ərzaqın infeksiyaya səbəb olduğunu müəyyən edə bilməyib.
"Chipotle Mexican Grill”Amerika Birləşmiş Ştatları ilə yanaşı, Kanada, Fransa, Böyük Britaniya və Almaniya da fəaliyyət göstərir.