Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi

Tunis məğlubiyyətdən sonra baş məşqçisini dəyişdi: Renar milliyə gətirildi
DÇ-2026-da mübarizə aparan Tunis millisinin yeni baş məşqçisi müəyyənləşib.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.
Yığma komanda fransalı mütəxəssis Erve Renara tapşırılıb. O, bu postda DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilən Sabri Lyamuşini əvəzləyib.
Renar daha əvvəl Səudiyyə Ərəbistanı millisini, həmçinin Fransanın qadınlardan ibarət yığmasını çalışdırıb.
Qeyd edək ki, F qrupunda yer alan Tunis növbəti oyununu iyunun 21-də Yaponiya millisinə qarşı keçirəcək.
