Konfrans Liqası: “ZİRƏ”NİN RƏQİBİNİN ADINA AYDINLIQ GƏLİR – YENİLƏNİR

Konfrans Liqası: “ZİRƏ”NİN RƏQİBİNİN ADINA AYDINLIQ GƏLİR – YENİLƏNİR
“Zirə”nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümündəki ilk rəqibi bu gün müəyyənləşəcək.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi I təsnifat mərhələsindəki rəqibini püşkatmadan sonra tanıyacaq.
Püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Səpələnmişlər səbətində yer alan “Zirə”nin bu mərhələdəki potensial rəqibləri “Torpedo” (Gürcüstan), “Velej” (Bosniya və Herseqovina), “Yelimay” (Qazaxıstan), “Elbasani” (Albaniya) və “Petrovaç” (Monteneqro) klublarıdır.
Qeyd edək ki, UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.
