CƏMİYYƏT Ötən il bu azərbaycanlı məşhurları itirdik – SİYAHI – FOTO

0
1749455210.1029174



Uzun müddət böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da dünyasını dəyişdi.












Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, yazıçı Vaqif Məmmədov fevralın 6-da, 67 yaşında dünyasını dəyişdi.






Yazıçı, tənqidçi, publisist Gülrux Əlibəyli fevralın 15-də, 88 yaşında Bakı şəhərində vəfat etdi.






Xalq artisti İlhamə Quliyeva  fevralın 25-də, 72 yaşında ürək çatışmazlığından qəfildən dünyasını dəyişdi.






Uzun illər ürək-damar xəstəliyindən əziyyət çəkən aktyor-rejissor Arif Qasımov martın 7-də 66 yaşında dünyasını dəyişdi






Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Fikrət Əliyev martın 8-i, 73 yaşında vəfat etdi.






Yazıçı, kinodramaturq, kinorejissor Maqsud İbrahimbəyov martın 22-i, 81 yaşında dünyasını dəyişdi.






“Şərəf” ordenli aşıq Məhəmməd Sadaxlı martın 25-i, 85 yaşında dünyasını dəyişdi.






Professor,  iqtisad elmlər doktoru Fərman Qasımov martın 27-si, 77 yaşında dünyasını dəyişib.






Filologiya elmləri doktoru, professor İmamverdi Əbilov aprelin 9-u, 89 yaşında dünyasını dəyişdi.






Professor, “Şöhrət” ordeni ilə təltif edilmiş Əli Əliyev aprelin 23-ü, 82 yaşında dünyasını dəyişdi.






Xalq şairi Söhrab Tahir mayın 4-ü, 89 yaşında vəfat etdi.






Azərbaycan Dövlət Televiziya və Radio verlişləri Qapalı Səhmdar cəmiyyətinin (AZTV) 55 yaşlı diktoru Bəxtiyar Şərifzadə iyunun 25-i, iş başında dünyasını dəyişdi.






Bəstəkar Oqtay Zülfüqarov avqustun 31-i, 87 yaşında uzun sürən xəstəlikdən sonra ömrünü başa vurdu.






Məşhur rejissor Ələkbər Kazımovski sentyabrın 19-da əməkdar artist Nahidə Orucovanın 55 illik yubileyi münasibəti ilə təşkil olunmuş məclisdə ürək tutmasından dünyasını dəyişdi.






Yazıçı Fikrət Sadıq noyabrın 16-ı, 86 yaşında Bakıda dünyasını dəyişdi.






Xalq artisti Nəriman Əzimov noyabrın 19-u, 80 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.






Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Ziyadxan Cəbrayılov noyabrın 30-u, 69 yaşında dünyasını dəyişdi.






Akademik Nizami Süleymanov dekabrın 2-i, 66 yaşında qəfildən halı pisləşərək dünyasını dəyişdi.






İctimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal dekabrın 4-də, 69 yaşında onkoloji xəstəlikdən sonra dünyasını dəyişdi.






Tanınmış rəssam İsmayıl Məmmədov dekabrın 12-i, 68 yaşında dünyasının dəyişdi.






Abdulla Şaiq adına Azərbaycan Dövlət Kuka Teatrının keçmiş direktoru Hüseyn Əhmədov dekabrın 10-da dünyasını dəyişdi..






Xalq artisti Muxtar Maniyev uzun sürən xəstəlikdən sonra dekabrın 22-si, 81 yaşında dünyasını dəyişdi.






Tanınmış yazıçı və tərcüməçi İlyas Tapdıq dekabrın 25-i, 82 yaşında vəfat etdi






Xalq artisti Ağaxan Abhdullayev dekabrın 26-sı, 66 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.






Tanınmış şair, bir çox hit mahnıların sözlərinin müəllifi Sərvər Şahvəlli dekabrın 27-si, 54 yaşında  qaraciyər xəstəlikdən dünyasını dəyişdi.


























































Ölüm bir son deyil başlangıctır. Ölen de yox olmaz. Allah sevdiyi qullarını yanına alırmış.  Mekânınız cennet olsun.






















































42-CiParalel.Az










Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir