İstanbulda yeni il gecəsi dəhşətli terror törədilib – 39 ölü, 69 yaralı
Görüntülərdə silahlı şəxsin müəssisəyə yaxınlaşaraq insanlara atəş açdığı müşahidə edilir
İslaminsesi-nin RT-yə istinadla verdiyi məlumata görə, dünıən gecə saat 02:00 radələrində İstanbulda gecə klubunda silahlı hücum həyata keçirilib. Silahlı şəxs Reina adlı müəssisəyə gələrək insanlara atəş açıb. Klubda hücum zamanı 700-800 nəfər olub. Nəticədə 39 nəfər ölüb, 69 nəfər yaralanıb. Öldürülənlərin çoxu əcnəbi vətəndaşlarıdır. Şəhərin meri Vasip Şahin hadisəni terror aktı kimi qiymətləndirib.
Hucumu törədən şəxs
![]()
Hücum anı
Görüntülərdə silahlı şəsxin müəssisəyə yaxınlaşaraq insanlara atəş açdığı qeyd edilib. Bundan sonra bir nəfər yola yıxılır, insanlar xilas olmaq üçün klubun daxilinə qaçırlar, terrorçu da oraya yönəlir.
Digər bir görüntü isə binanın daxilində qeydə alınıb. Silahlı şəxs burada ətrafa göz gəzdirir və sonra müəssisənin otaqlarından birində gizlənir.
Qeyd edək ki, ötən həftə ABŞ rəhbərliyi Türkiyədəki vətəndaşlarına yeni illə bağlı xəbərdarlıq etmişdi. ABŞ tərəfindən edilən xəbərdarlıqda “izdihamların arasına girməkdən, xüsusilə də qərblilərin, turistlərin və əcnəbilərin tez-tez getdiyi bilinən restoran, biznes mərkəzləri, ibadətgah, nəqliyyat mərkəzləri və digər yerlərdən mümkün
qədər çəkinin” ifadəsi qeyd edilmişdi.
42-CiParalel.Az
