Naxçıvanda azyaşlı arabadan yıxılaraq ölüb

Naxçıvanda 10 yaşlı uşaq fiziki qüsurlular üçün nəzərdə tutulan arabadan yıxılaraq ölüb.

APA-nın məlumatına görə, hadisə Babək rayonunda baş verib.

Rayonun Şıxmahmud kəndində 2016-cı il təvəllüdlü R.Ə. yaşadığı evin həyətində fiziki qüsurlular üçün arabadan yıxılıb və baş nahiyəsindən xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.