Neftçalada 62 yaşlı kişi evin zirzəmisində yıxılaraq ölüb

Neftçala rayonunda 62 yaşlı kişi evinin zirzəmisində yıxılaraq ölüb.
APA-nın məlumatına görə, hadisə rayonun Oryad kəndində baş verib.
Məlumata görə, 1964-cü il təvəllüdlü Gülməmməd Məmmədov yaşadığı evin zirzəmisində ayağının dəmir tora ilişib və o, yıxılaraq baş nahiyəsindən aldığı xəsarət nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
