Search for:

Azərbaycan-Moldova oyunu

Paylaş:

Futbol üzrə Azərbaycan milli komandasının Moldova ilə keçirəcəyi yoldaşlıq oyununun keçirilmə tarixi və matçın baş tutacağı arenanın adı açıqlanıb.

42-ciparalel.az-ın məlumatına görə, Azərbaycan – Moldova matçı noyabr ayının 17-də keçiriləcək. Matç “Milli Olimpiya Stadionu”nda baş tutacaq. Yoldaşlıq oyununun start fiti saat 21:00 səslənəcək.

AVRO 2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya ilə oyunda olduğu kimi, bu dəfə də millimiz Milli Olimpiya Stadionunda top qovacaq. Oyun şotlandiyalı hakimlər briqadası tərəfindən idarə edilib. Matç millimizin 1:3 hesablı məğlubiyyəti ilə nəticələnib.

Paylaş: