“Stress özü problem deyil” – PSİXOLOQ

“İmtahan stressi demək olar ki, hər zaman mövcud olub, sadəcə müasir dövrdə bu mövzu daha çox müzakirə olunur və şagirdlər hisslərini daha açıq şəkildə ifadə edə bilirlər”.
42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri “sonxeber.az”a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, imtahan öncəsi stressin əsas səbəbləri arasında yüksək gözləntilər, uğursuzluq qorxusu, gələcəklə bağlı qeyri-müəyyənlik, ailə təzyiqi və həmyaşıdlarla sosial müqayisələr xüsusi yer tutur:
“Əslində, stressin özü problem deyil, problem ona yüklənən mənanın həddindən artıq olmasıdır. Bu cür düşüncələr həyəcanı artırır, insanın diqqətini yayındıra bilir və şagirdin potensialını tam şəkildə nümayiş etdirməsinə mane olur”.
42-ciparalel.az Bizim.media-ya istinadən
