Məhəmməd Muradlı Özbəkistanda beynəlxalq şahmat turnirində birinci oldu

Özbəkistanda təşkil olunan “UzChess Cup” ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, son tur ərəfəsində “Challenge” bölməsində qalib məlum olub.
 

Yeddi turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.

M.Muradlı nəticədən asılı olmayaraq yarışda birinci pilləni qoruyacaq.

42-ciparalel.az Bizim.media-ya istinadən