Bakıda azyaşlı intihar edib

0
1749456341.3588557

42-ciparalel.az

Hadisənin başvermə səbəbləri araşdırılır.


Bakıda


azyaşlı intihar edib. 9 yaşlı qız özünü asıb.



Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2006-cı il təvəllüdlü Pərixanım Böyükağa qızı Məmmədova özünü yaşadığı


Səbail rayonu,


Badamdar Qəsəbəsi, Tofiq Məmmədov küçəsində yerləşən evinin uşaq otağındaki kondisionerin naqilindən asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.


9 yaşlı qızın hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.


Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.


Oktyabr ayının 2-də də Bakıda


azyaşlı intihar edib.


Zabrat qəsəbəsi R. Axundov küçəsi, ev 64 ünvanında qeydə alınan özünü asma hadisəsi zamanı qəsəbə sakini, 1999-cu il təvəllüdlü Asif Münasib oğlu Süleymanov özünü yaşadığı evin həyətindəki hamamdan asıb. Onun asılmış vəziyyətdə ailə üzvləri aşkarlayıblar. Yeniyetmə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir