Prezidentin təyyarəsində partlayıcı maddə izləri aşkarlandı

0
1749454600.6341062


2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən aviaqəza nəticəsində ölən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qalıqları və cəsədlərdən birinin üzərindən partladıcı maddə izləri aşkarlanıb.

42-CiParalel.az


APA-ya istinadən xəbər verir ki, bu barədə təyyarə qəzası üzrə Polşanın istintaq komissiyasının nümayəndələri bildirib.



“Xüsusi avadanlıqlarla müayinə edilmiş “Ту-154М” təyyarəsinin qalıqlarının xeyli hissəsinin və ən azı bir cəsədin üzərində partladıcı maddə aşkarlanıb”, – deyə komissiyanın hazırladığı hesabatda bildirilir.


Komissiya üzvləri qəza yerindən götürülən torpaq nümunələrində partladıcı maddələrin  aşkarlanmadığını bildiriblər.


Xatırladaq ki, “Tu-154” təyyarəsi 2010-cu ildə Smolensk hava limanına enişə başlayarkən qəzaya uğrayıb. Nəticədə 88-i sərnişin və 8-i heyət üzvü olmaqla, 96 nəfər ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir