Sofa Bəsirzadənin 100 illik yubileyi qeyd olunacaq

0
1749454600.8949301


İyunun 8-də Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr


və kino xadimi Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə


anım tədbiri keçiriləcək. Teatrın mətbuat xidmətindən

42-CiParalel.az

-a  verilən məlumata


görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr


Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr


Muzeyinin birgə təşkilatçılığı keçiriləcək.






Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı


xidmətlərindən danışılacaq, onun rol aldığı səhnə və ekran




əsərlərindən fotosərgi nümayiş olunacaq.






Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram


Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov, xalq


artistləri Hacı İsmayılov, Səidə Quliyeva və Cəfər Namiq Kamal Sofa


Bəsirzadə haqqında çıxış edəcək, onunla bağlı xatirələrini




bölüşəcəklər.






Daha sonra xalq artisti Sofa Bəsirzadənin xatirəsinə həsr olunan


“Müfəttiş” tamaşası nümayiş olunacaq.






Qeyd edək ki, Sofa Bəsirzadə 1918-ci ildə Kazan quberniyasının Çukan


kəndində doğulub. İki yaşında olanda ailəsi Bakıya köçüb. 1936-cı ildə


Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinə daxil olub. Həmin


ilin noyabrından başlayaraq Akademik Milli Dram Teatrının


tamaşalarında kütləvi səhnələrdə, epizod rollarda səhnəyə çıxıb.




Üçüncü kursda tələbə-aktrisa kimi teatrın aktyor truppasına qəbul


edilib. Bu teatrda 100-dən çox tamaşada çıxış edib.






1974-cü ildə xalq artisti fəxri adına layiq görülüb. Sofa Bəsirzadə 4


yanvar 2000-ci ildə Bakıda vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir