Rusiyanın baş nazirinin müavini Azərbaycanda səfərdədir
Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Azərbaycanda səfərdədir
APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o ”
Facebook
” səhifəsində yazıb.
“Bakıda hava axşam 9, gündüz 14 dərəcədir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salamlar”, – deyə D. Roqozin qeyd edib.
“Kommersant” yazır ki, D. Roqozinlə yanaşı, Rusiyanın xüsusi silah ixracatçısı – “Rosoboronoeksport” un rəhbərliyi və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəlib.
Məlumata görə, Bakıda keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.
42-ciparalel.az
