Rusiyanın baş nazirinin müavini Azərbaycanda səfərdədir

0
1749455320.4094276


Rusiya Federasiyası baş nazirinin müavini Dmitri Roqozin Azərbaycanda səfərdədir

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o ”

Facebook

” səhifəsində yazıb.

“Bakıda hava axşam 9, gündüz 14 dərəcədir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salamlar”, – deyə D. Roqozin qeyd edib.

“Kommersant” yazır ki, D. Roqozinlə yanaşı, Rusiyanın xüsusi silah ixracatçısı – “Rosoboronoeksport” un rəhbərliyi və hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin nümayəndələri də Bakıya gəlib.

Məlumata görə, Bakıda keçiriləcək görüşlərdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunacaq.


42-ciparalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir