Günayın Misir tətili – Fotolar

Müğənni Günay İbrahimli yay istirahətinə yollanıb.

42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, sənətçi tətil üçün Misiri seçib.

Hazırda Şarm əl-Şeyxdə dincələn Günay istirahətindən görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Müğənni dəniz kənarında obyektiv qarşısına keçərək yeni fotosessiya etdirib. Onun yay ab-havalı fotoları izləyiciləri tərəfindən maraqla qarşılanıb.


42-ciparalel.az Bizim.media-ya istinadən