Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb

Ukraynanın Rusiyanın Voronej vilayətinə pilotsuz uçuş aparatları ilə hücumu nəticəsində 3 yaşlı uşaq ölüb.

42-ciparalel.az APA-a istinadən, bu barədə Voronej vilayətinin qubernatoru Aleksandr Qusev məlumat yayıb.

Onun sözlərinə görə, hadisə zamanı uşağın valideynləri müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Hücum nəticəsində daha bir nəfər – 19 yaşlı gənc yüngül xəsarət alıb.

Qubernator bildirib ki, hücum zamanı marketpleyslərdən birinə məxsus anbarın dam örtüyü, digər oxşar binanın isə fasadı zədələnib.