“Vətən sevgisi sadəcə torpağa olan sevgi deyil, o…” – Ayaz İshaki
42-ciparalel.az Kulis.az-a istinadən “Aforizmlər” rubrikasından görkəmli tatar yazıçı Ayaz İshakinin dil, milli kimlik və ədəbiyyat haqqında 10 aforizmini təqdim edir.
1. “Bir millət öz dilini, dinini və tarixini unudarsa, o millətin yox olması qaçılmazdır”.
2. “Milli mübarizə yalnız silahla deyil, ilk növbədə, elm, məriəfət və qələmlə aparılır”.
3. “Hürriyyət verilmir, o, fədakar əməyin və mübarizənin nəticəsində qazanılır”.

4. “Gənclik bir millətin gələcəyidir; gənclərini milli şüurla böyütməyən xalqlar gələcəyini başqalarına təslim etmiş olarlar”.
5. “Bizim ən böyük düşmənimiz cəhalət və cəmiyyəti daxildən parçalayan təfriqədir”.
6. “Öz köklərinə bağlı qalmayan bir ağac ilk güclü küləkdə yıxıldığı kimi, milli dəyərlərini itirən cəmiyyətlər də tarix səhnəsindən silinər”.

7. “Ədəbiyyat bir xalqın vicdanıdır; o, millətin dərdi ilə ağlamalı, sevinci ilə gülməlidir”.
8. “Vətən sevgisi sadəcə torpağa olan sevgi deyil, o torpaq üzərində yaşayan insanların namusunu və mədəniyyətini qorumaq andıdır”.
9. “Müstəqillik ruhu insanın qəlbində doğulur; qəlbində hürr olmayan cəmiyyət əsla azad ola bilməz”.
10. “Hər bir fərd öz millətinin yüksəlişi üçün üzərinə düşən mənəvi borcu yerinə yetirməyə məcburdur”.

