“Milan” amerikalı legioneri buraxmaq istəmir – YENİ TƏKLİF

“Milan” Kristian Pulisiçə yeni müqavilə təklif edib.

42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, “Rossonyerlər” 27 yaşlı futbolçunu itirmək istəmir. Buna görə də, ona yeni şərtlərlə 2 illik müqavilə təklif olunub.

Lakin hələ ki ABŞ millisinin üzvü “Milan”ın təklifinə konkret cavab verməyib.

Pulisiçin İtaliya klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, “Borussiya”(Dortmund), “Çelsi” komandalarında oynayıb.

42-ciparalel.az Bizim.media-ya istinadən