“Əl-Hilal”ın cinah oyunçusu Malkom karyerasını BƏƏ-də davam etdirə bilər.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, “Əl-Cəzirə” 28 yaşlı braziliyalı futbolçunun transferi üçün danışıqlar aparır.

Malkomun da bu keçidə razılıq verdiyi bildirilir.

Abu-Dabi təmsilçisi futbolçuya 1+1 illik müqavilə və mövsümə 6,5 milyon avro maaş təklif edib. Lakin tərəflər hələ yekun razılığa gələ bilməyiblər. Buna səbəb “Əl-Cəzirə”nin Malkomun “Əl-Hilal”dakı yüksək maaşını qarşılamaq istəməməsidir.

Qeyd edək ki, daha əvvəl “Əl-Hilal” rəhbərliyinin Malkomun xidmətində maraqlı olmadığı və onunla müqaviləni ləğv etməyi planlaşdırdığı bildirilmişdi.