Mahir Emreli bu kluba transfer olunur

Azərbaycan millisinin hücumçusu Mahir Emreli yenidən Polşa çempionatında çıxış etməyə yaxındır.
Vətəninfo.az xəbər verir ki, Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən 29 yaşlı forvardın meneceri Polşanın “Rakuv” klubu ilə aktiv danışıqlar aparır. Emrelinin bu kluba transferinin yaxın vaxtlarda rəsmiləşəcəyi gözlənilir.
Qeyd edək ki, millimizin üzvü daha əvvəl – 2021/22 mövsümündə Polşanın digər nəhəng klubu “Legiya”nın formasını geyinib.
“Rakuv” ötən mövsümü Polşa çempionatında 4-cü yerdə bitirib və Konfrans Liqasına vəsiqə qazanıblar.(azerisport.com)
