I Liqa klubundan iki yeni transfer

I Liqa təmsilçisi “Baku Sportinq” heyətini iki yeni futbolçu ilə gücləndirib.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, komanda “Neftçi”dən Fərid Səfərlini, “Sabah”dan isə Hüseyn Məmmədzadəni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki müdafiəçi ilə bir illik müqavilə imzalanıb.