Kuryerliklə qazandığı pulla kiçik qardaşını oxutdu – VİDEO

Bəzən ən böyük fədakarlıqlar səssiz edilir. Heç kimə danışılmadan, heç bir qarşılıq gözlənilmədən. Elə o da belə etdi. Qardaşının xoşbəxtliyini öz arzularından üstün tutdu.
42-ciparalel.az Bizim.media-ya istinadən “xezerxeber.az”a istinadən bildirir ki, Yusif Xaşalov ailəsinin qəhramanı olmağı seçib.
O, universitet auditoriyalarında deyil, şəhərin küçələrində böyüdü. Çiynində çanta, ürəyindəki arzularla hər gün yol gedir.
Kuryer kimi qazandığı hər qəpiyini özünə deyil, qardaşı İsmayıl Xaşalovun təhsilinə xərcləyir. Bəzi insanlar öz gələcəyini deyil, sevdiklərinin gələcəyini qururlar. Və dünyanın ən ağır yükü bəzən çiyində daşınan sifariş deyil, ürəkdə daşınan ümidlər, arzular olur.
İsmayıl Xaşalov artıq məzundur…
42-ciparalel.az Bizim.media-ya istinadən
