Qurban Qurbanov jurnalistlər önünə çıxacaq

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Vestri” (İslandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. 

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 8-də saat 19:15-də “Azersun Arena”da baş tutacaq. Saat 19:30-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. “Köhlən atlar”ın hazırlıq prosesi “Azersun Arena”da gerçəkləşəcək.

Qonaq komandanın baş məşqçisi Daniel Osafo-Badunun Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 17:30-da start götürəcək. İslandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi bu arenada keçiriləcək və saat 18:00-da başlayacaq. 

Qeyd edək ki, iyulun 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Vestri” görüşü saat 20:00-da başlayacaq.