Azad Yaşarın “Gözlüğün uykusu” kitabı Amazonda

Şair və tərcüməçi Azad Yaşarın türk dilində çap olunan “Gözlüğün uykusu” adlı şeirlər kitabı Amazonun Britaniya, İspaniya, Fransa, Almaniya və Türkiyə səhifələrində paylaşılıb.

Bu barədə kulis.az-a müəllif özü məlumat verib.

Mətnləri türk dilinə tanınmış şair-tərcüməçi İmdad Avşar və müəllifin özü uyğunlaşdırıb.

Qeyd edək ki, kitaba şairin “Hamı və Heç kim” (2003) və “Konsept” (2016) kitablarından seçilən 92 şeir daxil edilib.