“Qarabağ”ın yeni heyəti: Çempionluq ambisiyası və strateji yenilənmə

“Qarabağ” Futbol Klubu növbəti mövsümə – 2026/2027 mövsümünə böyük dəyişikliklər və yenilənmiş heyətlə daxil olur. Ağdam təmsilçisi həm yerli çempionatda hegemonluğunu qorumaq, həm də avrokuboklarda Azərbaycanı layiqincə təmsil etmək məqsədilə transfer pəncərəsində kifayət qədər aktivlik nümayiş etdirir.

“Qarabağ” bu yay heyətini daha dinamik və mübariz oyunçularla gücləndirməyə çalışıb. İyun ayının sonuna olan məlumata görə, komanda artıq 6 futbolçunu rəsmən heyətinə qatıb.Bunlar  Rusiyanın “Pari Nijni Novqorod” klubundan transfer olunan yamaykalı vinger Renaldo Sefas komandanın hücum potensialını daha da artıracaq. 3 illik müqavilə imzalanan 26 yaşlı oyunçu, həm cinah, həm də mərkəz hücumçusu kimi çıxış edə bilir. Bosniya və herseqovinalı qapıçı, “Riyeka” klubundan transfer olunan Martin Zlomisliç 3+1 illik müqavilə ilə heyətə qatılan qolkiper, komandanın arxa xəttində etibarlılığı təmin edəcək. Digər bir oyunçu, Fransalı vinger Jali Mauddib 3 illik müqavilə ilə “Qarabağ”ın sıralarına qoşulub və 7 nömrəli formanı geyinəcək. Komanda həmçinin Zakaria Savo (“Aris”, Kipr), Samuel Lobato (“Portimonense”, Portuqaliya) və Bruno Lanqa(“Almeriya”, İspaniya) kimi futbolçularla heyətini gücləndirib. Komandamız yeni mövsümə hazırlığın ilk mərhələsini Bakıda başa vurduqdan sonra, iyunun 22-də Avstriyanın Tirol əyalətinə yollanıb. Hazırlıq çərçivəsində təcrübəli rəqiblərlə yoxlama oyunları keçirən “Qarabağ”ın məqsədi, yeni transferləri komanda sisteminə tam inteqrasiya etməkdir. Artıq iyunun 27-də Bolqarıstanın ÇSKA (Sofiya) klubu ilə keçirilən görüş, komandanın hazırkı formasını və oyun intizamını yoxlamaq üçün əsaslı sınaq olub.
“Qarabağ”ın 2026/2027 mövsümü üçün formalaşdırdığı bu heyət, klubun yalnız ölkə daxilində deyil, Avropa arenasında da daha böyük uğurlar qazanmaq arzusunun göstəricisidir. Yeni transferlərin təcrübəsi və yerli futbolçularımızın fədakarlığı fonunda, inanırıq ki, “Köhlən atlar” yeni mövsümdə də azarkeşlərinə bol qələbələr və unudulmaz oyunlar bəxş edəcəklər.
Klub rəhbərliyinin və məşqçilər heyətinin atdığı bu addımlar göstərir ki, “Qarabağ” hədəflərinə çatmaq üçün heç bir resursdan çəkinmir. İndi əsas vəzifə bu yeni ansamblın uyğunlaşma müddətini minimuma endirmək və qarşıdan gələn UEFA Avropa Liqası seçmə mərhələlərində uğurlu startı təmin etməkdir.
“Qarabağ”a yeni mövsümdə yeni uğurlar arzulayırıq!

Nahid Canbaxışlı

“Veteninfo.az” Baş redaktor