Mehriban Nağıyevanın “O sehrli söz” kitabı işıq üzü gördü
Mehriban Nağıyevanın “O sehrli söz” adlı yeni kitabı nəşr olunub.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulan kitabda altı nağıl toplanıb.
Kitabın redaktoru Gültəkin Cəfərli, dizayneri Elçin Cəfərlidir. Daxili illüstrasiyalar Vəfa Xəlilova, üz qabığının illüstrasiyası isə Mərziyə Tağıyeva tərəfindən hazırlanıb.
Qeyd edək ki, kitab “Şərq-Qərb” mətbəəsində çap olunub.

