FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb

Dağıstanda dünyanın hər yerində məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetmə saxlanılıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Rusiya İstintaq Komitəsi və Federal Təhlükəsizlik Xidməti (FSB) saxlanılan yeniyetmənin terror təşkilatı yaratdığını və idarə etdiyini açıqlayıb.
Məlum olub ki, o, kütləvi qətl törətmək niyyəti ilə yeniyetmələri məktəblərə hücum üçün “verbovka” edib. Hədəflər təkcə Rusiyada deyil, MDB ölkələri, həm də ABŞ və Avropadakı məktəblər olub.
Yeniyetmənin sözlərinə görə, yanvar ayında təşkilat üzvlərindən biri Texasda beş yanğın törədib.
İstintaq Komitəsi yeniyetmənin SBU (Ukrayna Təhlükəsizlik Xidməti) əməkdaşlarının onunla birlikdə icmalar şəbəkəsi və Telegram kanallarının idarə olunmasında iştirak etdiyini bildirdiyi video yayımlayıb.
