Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı – VİDEO

Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün ərazidə söküntü işləri başlayıb. Söhbət dəmir yolu xəttinin mühafizə zonasına yaxın tikililərdən gedir.
42-ciparalel.az Bizim.media-ya istinadən “xezerxeber.az”a istinadən xəbərinə görə, Azərbaycan Dəmir Yollarından bildirilib ki, söküntü işlərinin aparıldığı ərazilərdən biri də Suraxanı bazarı ətrafıdır.
Yeni Suraxanı-Hövsan xəttinin bərpası təkcə bir istiqamətin yenilənməsi demək deyil.
Dövlət Proqramı çərçivəsində Bakı və ətraf qəsəbələri əhatə edən dəmir yolu şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.
Yeni Suraxanı-Hövsan xəttində aparılan işlər başa çatdıqdan sonra bu istiqamətdə sərnişin daşımalarının bərpası şəhərətrafı nəqliyyat yükünün azalmasına da təsir göstərəcək.
42-ciparalel.az Bizim.media-ya istinadən
