Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Şərqi Zəngəzurda Ağbənd dövlət sərhədində buraxılış məntəqəsinin istifadəyə verilməsi üçün işlər davam etdirilir və yaxın vaxtlarda bu proses tamamlanacaq.

42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, bunu “Report” İnformasiya Agentliyi və “İctimai TV”yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.

Onun sözlərinə görə, ölkənin tranzit potensialının genişlənməsi ilə paralel olaraq infrastrukturun da təkmilləşdirilməsi həyata keçirilir:

“Bu istiqamətdə bizə müvafiq tapşırıqlar verilib. Artıq bir neçə keçid məntəqəsi müasirləşdirilib. Xanoba dövlət sərhədindən buraxılış məntəqəsi müasir standartlara cavab verən formada fəaliyyətə başlayıb.

Cənub-Astara dövlət sərhədindən buraxılış məntəqəsi də müasir tələblərə cavab verir və onun genişləndirmə tədbirlərinin ikinci mərhələsi yekunlaşdıqdan sonra daha geniş imkanlar əldə olunacaq”.

42-ciparalel.az Bizim.media-ya istinadən