“Qarabağ”dan ayrıldı: Portuqaliya klubuna keçdi

“Qarabağ”dan ayrılan Fabiyan Buntiçin yeni klubu müəyyənləşib.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı qapıçı karyerasını Portuqaliyada davam etdirəcək.

29 yaşlı qolkiper “Farense”yə keçib. Bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Klub Buntiçlə imzalanan müqavilənin müddətini və digər detallarını açıqlamayıb.

Qeyd edək ki, Fabiyan Buntiç 2024-cü ilin yayında “Qarabağ”a transfer olunmuşdu. O, 2025/26 mövsümündə Ağdam klubunun heyətində 7 rəsmi matça çıxıb, qapısında 7 qol görüb. Buntiç daha əvvəl Portuqaliyada “Vizela”nın da formasını geyinib.