İran rəsmiləri İsveçrədə ABŞ ilə danışıqlardan sonra Omana səfər ediblər

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf və xarici işlər naziri Abbas Əraqçi Omana səfər ediblər.
42-ciparalel.az xəbər verir ki, bu barədə Əraqçi özünün Telegram kanalında yazıb.
Onun sözlərinə görə, İsveçrədə ABŞ-la danışıqlarda ölkəni təmsil edən İran nümayəndə heyətinin əsas üzvlərinin Məskətə səfəri Oman sultanı Heytəm bin Tariq Əl-Səidin dəvəti ilə baş tutub.
Əraqçi bildirib ki, səfər zamanı Qalibaf ikitərəfli əməkdaşlığın genişləndirilməsi, eləcə də İranın Hörmüz boğazının idarə olunması ilə bağlı tədbirlərini gücləndirmək üçün birgə səyləri müzakirə etmək üçün Sultan Heytəm bin Tariq Əl Səidlə görüşəcək.
