Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti təkmilləşdiriləcək

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə konsaltinq xidməti və rəqəmsal audit (e-nəzarət) proqram təminatının yaradılmasına dəstək xidməti əldə edəcək.

APA-Economics” xəbər verir ki, nazirlik bununla bağlı “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti ilə müqavilə bağlayıb.

Müqavilənin dəyəri 967.601,18 manat təşkil edib.