Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 1000-i keçib, 254 nəfər ölüb

Konqo Demokratik Respublikasında Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 1003-ə çatıb.

“Reuters” xəbər verir ki, bu barədə Konqo Demokratik Respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, qeydə alınan yoluxmalar nəticəsində indiyədək 254 nəfər ölüb.

Rəsmilər xəstəliyin yayılmasının qarşısını almaq üçün epidemioloji nəzarət və profilaktik tədbirlərin davam etdirildiyini bildirib.