Yevlaxda kişi güllə yarasından öldü

Yevlax rayonunda ölüm hadisəsi baş verib.

42-ciparalel.az xəbər verir ki, Mingəçevir şəhər sakini Əjdər Pirimov Yevlax rayonunun Əkşəm kəndində yerləşən ata evində güllə yarasından aldığı xəsarət nəticəsində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.