İran komandası  ABŞ-də sərt təhlükəsizlik tədbirləri ilə qarşılanıb 

Reuters agentliyinin məlumatına görə, İran milli futbol komandası 2026-cı il Dünya Kuboku çərçivəsində keçiriləcək oyunlar öncəsi ilk dəfə Los-Anceles Beynəlxalq Hava Limanına gücləndirilmiş təhlükəsizlik tədbirləri altında gəlib.

Vətəninfo.az xəbər verir ki, komandanın yerləşdiyi otelin ətrafında çoxlu sayda polis əməkdaşı və təhlükəsizlik maneələri yerləşdirilib. İran yığması bazar ertəsi günü Yeni Zelandiya ilə keçirdiyi ilk Dünya Kuboku oyununa hazırlıq məqsədilə Los-Ancelesdə toplaşıb.

Eyni zamanda, İran millisinin baş məşqçisi daha əvvəl açıqlamasında komandanın Dünya Kuboku çərçivəsində keçirdiyi oyundan dərhal sonra ABŞ ərazisini tərk etməyə məcbur edildiyini bildirib.