“Xaç atası”nın aktyoru vəfat etdi

Amerikalı aktyor Entoni Quidera 61 yaşında vəfat edib.
42-ciparalel.az Kulis.az-a istinadən xəbər verir ki, bu barədə “TMZ” nəşri məlumat yayıb.
Məlumata görə, aktyorun ölümünə qəfil ürəktutması səbəb olub. Həyat yoldaşı Velerinin sözlərinə görə, Entoni evinin qonaq otağında qəfildən huşunu itirib. O, təcili xəstəxanaya yerləşdirilib və üç həftə ərzində süni tənəffüs aparatına qoşulu qalıb. Daha sonra isə həkimlər onu aparatdan ayırmaq qərarına gəliblər. Tibb işçiləri aktyorun ürəyinin niyə dayandığını hələ də müəyyən edə bilməyiblər.
Entoni Quideranın filmoqrafiyasında 30 ekran işi yer alır. O, tamaşaçılara daha çox “Xaç atası 3” və “Xaç atası. Epiloq: Maykl Korleonenin ölümü” filmlərindəki mühafizəçi Entoni rolu ilə tanışdır.
