Millimizdən son imtahan: Qızlarımız Makedoniya səfərində – YENİLƏNİR

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində qrupdakı son matçını keçirəcək.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi komanda səfərdə Şimali Makedoniya yığmasının qonağı olacaq.
Matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Qeyd edək ki, son tur ərəfəsində Macarıstan 13 xalla qrup lideridir. Azərbaycan millisi 9 xalla ikinci pillədə qərarlaşıb. Şimali Makedoniya 6 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü sıradadır.
Dünya çempionatı, seçmə mərhələ
21:00. Şimali Makedoniya (Qadınlar) – Azərbaycan (Qadınlar)
Hakimlər: Teona Sturua, Elene Eloşvili, Sopo Tsulaya, Tamta Şengelia (hamısı Gürcüstan)
Stadion: “Petar Miloşevski”, Bitola
