Aykut Kocamanın ilk tələbi: Asensio komandada qalsın

“Fənərbaxça”nın yeni baş məşqçisi olacağı gözlənilən Aykut Kocaman transfer planları ilə bağlı ilk qərarlarından birini verib.

42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Marko Asensionun komandada qalmasını istəyir.

Komandadan ayrılmaq istədiyi iddia olunan ispaniyalı futbolçu ilə “Espanyol”, “Vilyarreal” və “Real Sosyedad”ın maraqlandığı bildirilir. Yerli mətbuatda yayılan xəbərlərə görə, DÇ 2026 üçün İspaniya millisinə seçilməyən Asensio, daha çox diqqət mərkəzində olmaq üçün Türkiyə Super Liqasını Avropa liqalarından birinə dəyişmək istəyir.

Buna baxmayaraq, Kocaman Asensionu yeni mövsüm planlarında əsas rolda görür.

Qeyd edək ki, Marko Asensionun “Fənərbaxça” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun sözləşməsində daha 1 illik uzatma bəndi də yer alır.