Modriç Messiyə çatdı: YALNIZ RONALDO QALIB

Xorvatiya millisinin kapitanı Luka Modriç xüsusi göstəriciyə imza atıb.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, o, buna Sloveniya yığmasına qarşı keçirilən yoxlama matçında nail olub.
Görüş yarımmüdafiəçi üçün millinin heyətində 198-ci qarşılaşma kimi yadda qalıb.
Təcrübəli futbolçu bu göstəricidə argentinalı Lionel Messiyə şərik olub.
Onlar yalnız Kriştiano Ronaldodan geri qalırlar. Portuqaliyalı ulduzun aktivində 227 belə matç var.
Qeyd edək ki, Xorvatiya – Sloveniya görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
