“Rolan Qarros”un qalibi 19 yaşlı rusiyalı tennisçi oldu

Rusiyalı tennisçi Mirra Andreyeva Fransa Açıq Çempionatının (“Rolan Qarros”) qalibi olub.

42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, bu barədə regional idman mətbuatı məlumat yayıb.

Final qarşılaşmasında 19 yaşlı idmançı polşalı Maya Xvalinskanı 6:3, 6:2 hesabı ilə inamlı qələbə qazanaraq məğlub edib.

Bu tarixi qələbə sayəsində Andreyeva son 30 ildə turnirin ən gənc çempionu adını qazanıb. “Rolan Qarros”dakı bu titul rusiyalı tennisçinin karyerasında ilk Böyük Dəbilqə (Grand Slam) çempionluğudur.

Parizdəki möhtəşəm qələbəsinə görə gənc idmançı 2,8 milyon avro pul mükafatı əldə edib.

Bununla da o, WTA-nın dünya reytinqində altıncı pilləyə yüksəlib və mövsümün çempionluq yarışına (WTA Race) liderlik etməyə başlayıb.

42-ciparalel.az Bizim.media-ya istinadən