“Fənərbaxça” prezidentini seçir: Yıldırım Hakan Safiyə qarşı

“Fənərbaxça”da prezident seçkiləri keçirilir.
42-ciparalel.az Apasport.az-a istinadən xəbər verir ki, bu gün İstanbul klubunun növbədənkənar seçkilərində yeni prezidentin adına aydınlıq gələcək.
Seçkilərdə Aziz Yıldırım və Hakan Safi mübarizə aparır.
Klub üzvləri səsvermə yolu ilə ən azı növbəti 1 ildə “Fənərbaxça”ya rəhbərlik edəcək şəxsi seçəcəklər.
Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə “Fənərbaxça”nın prezidenti olub.
O, 2024-cü ildə keçirilən seçkilərdə Ali Koça məğlub olmuşdu.
