Filippində binanın uçması nəticəsində ölənlərin sayı artdı

Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquzmərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb. Daha 14 nəfər itkin düşmüş hesab olunur.

42-ciparalel.az Bizim.media-ya istinadən xəbər verir ki, bu barədə “GMA News” telekanalı məlumat yayıb.

Fövqəladə xidmətlər uçmuş binanın qalıqlarını sökərək axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Şəhər administrasiyasının mətbuat xidmətinin rəhbəri Cey Pelayo daha əvvəl bildirmişdi ki, bina mayın 24-nə keçən gecə uçub və onlarla tikinti işçisi dağıntılar altında qalıb.

Təxminən 10 nəfər hadisə yerini özü tərk edə bilib. Hadisənin ilk saatlarında daha 26 nəfər xilas edilib.

42-ciparalel.az Bizim.media-ya istinadən