Andrey Karlovun qətli ilə bağlı istintaq yekunlaşıb

0
1749454548.1606138


Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı istintaq yekunlaşıb.



42-Ciparalel.Az



“Anadolu”ya istinadən xəbər verir ki, yekun ittiham aktı Ankara prokurorluğuna göndərilib.


Bildirilir ki, akt təsdiqlənsə, iş məhkəməyə göndəriləcək.


Qeyd edək ki, səfir A. Karlov 2016-ci ilin dekabrın 19-da Ankarada foto sərginin açılışında güllələnib. Diplomatı polis əməkdaşı Mövlud Altıntaşgüllələyib. M. Altıntaş hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir