Şəhriyarın büstünü İranda kim dağıdıb?

0
1749454633.443451


Ərdəbil əyalətinin Parsabad şəhərində Azərbaycanın görkəmli şairi Məhəmmədhüseyn Şəhriyarın büstü naməlum şəxslər tərəfindən sökülüb.

Şəhriyar meydanında böyük şairin xatirəsinə qoyulmuş büstün kimlər tərəfindən söküldüyü dəqiq bilinmir. Hadisə ilə bağlı yüzlərlə azərbaycanlı Şəhriyar meydanına toplaşaraq, etiraz aksiyası keçiriblər.



Yerli mətbuat orqanları yazıb ki, hadisəyə olan həssaslıq şəhər prokurorunun məsələyə müdaxilə etməsinə səbəb olub.



Parsabad prokuroru bildirib ki, ustad Şəhriyarın büstü sökülərkən Şəhər Şurasının üzvlərindən biri hadisə yerində olub. Baş verənlərlə bağlı həmin şəxs məhkəməyə çağırılıb.


42-CiParalel.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir