Azərbaycanda bu gün sükut günüdür

0
1749454637.7712479


Azərbaycanda bu gündən etibarən seçkiqabağı təbliğat-təşviqat dayandırılıb.



42-CiParalel.az


xəbər verir ki, aprelin 10-u Azərbaycanda “sükut günü” elan edilib.


Prezident seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi ilə bağlı təqvim planına görə, seçkiqabağı təşviqata səsvermədən 23 gün əvvəl start verilir. Bütün təbliğat və təşviqat işləri səsverməyə 24 saat qalmış dayandırılır.


Qeyd edək ki, Azərbaycanda prezident seçkilərində qeydiyyata alınmış namizədlərin sayı səkkizdir.


Seçki günü ərzində Azərbaycanda 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərəcək.


Seçkilərin gedişini 871 beynəlxalq və 57,373 yerli müşahidəçi izləyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir