Gəncədə 40 azyaşlını dini təriqətə cəlb ediblər

0
1749454660.7501853


Gəncə şəhəri, Nizami rayon sakini, 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.



42-CiParalel.az


Report-a istinadən xəbər verir ki, araşdırma zamanı onun xristianyönümlü “Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub.


Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.


Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.


Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, “Şərqdə ulduz” xristian yönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir