Bakıda qeyri-adi mağaza: Sovet dövrünün əşyaları satılır – VİDEO

0
1749454723.5471725


Bakıda birinci dünya müharibəsi dövründən qalan kitablar, radiolar, sovet dönəminin əşyaları satılır.



42-ciparalel.az


Xəzər TV-yə istinadən məlumatına əsasən, Bakı sakini Qulaməli Babayev bir neçə il əvvəl köhnə evlər sökülərkən bir çox insanın zibilə atdığı həmin əşyaları toplayaraq saxlayıb.


İlk vaxtlar hobbi kimi başlasa da zamanla əşyalar o qədər artıb ki, Qulaməli Babayev onları satışa çıxarıb.


25 minə yaxın kitab toplayan Qulaməli Babayev dükanında yer olmadığından kitabların çoxunu hədiyyə edir. Onun sözlərinə görə, antik əşyalara kifayət qədər maraq var.


Qiymətlər isə əşyanın ilinə və vəziyyətinin sazlığına görə dəyişir.


Altı ildir fəaliyyət göstərən dükana daha çox turistlər və gənclər maraq göstərir. Qulaməli Babayev kitabların bəzilərini internat məktəbinə hədiyyə etməyi düşünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir