Bakı sakini zooparka bəbir bağışladı

0
1749454893.7096207

Bakı sakini paytaxt zooparkına dişi bəbir bağışlayıb.


42-CiParalel.az

xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a Bakı Zooloji Parkın direktoru Azər Hüseynov bildirib.

Bəbir dörd aylıqdır. İki həftə bundan öncə zooparka gətirilən heyvan artıq volyerin şəraitinə alışıb. Hüseynovun sözlərinə görə, bəbiri hədiyyə verən şəxs adının gizli saxlanılmasını xahiş edib. Məlum olub ki, zooparkın ilk bəbirini də zooparka dörd il öncə Bakı sakini bağışlamışdı.

Hüseynov qeyd edib ki, şəhər sakinlərinin heyvanı haradan əldə etdiklərini bilmir. Amma o, heyvanları Bakı zoozparkına bağışlayan şəxsləri müsbət xarakterizə edib, belə ki, həmin şəxslər zooparka nadir heyvan növlərini hədiyyə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir