Polşada Abbasqulu Ağa Bakıxanovun xatirə lövhəsi quraşdırılacaq

0
1749454966.430509

Polşanın Lubelski rayonundakı N.Kopernik adına məktəbdə Abbasqulu Ağa Bakıxanov və N.Kopernikə həsr edilən xatirə lövhəsi quraşdırılacaq.


42-CiParalel.Az

-ın məlumata görə, lövhənin quraşdırılması ilə bağlı danışıqların aparılması məqsədilə Azərbaycanın bu ölkədəki səfiri Həsən Həsənov sözügedən rayona səfər edib.

Səfir səfər çərçivəsində Lubelski rayonun rəhbəri Pavel Pikula, rayon idarə heyətinin üzvü Dariuş Qayo, təhsil və ictimai məsələlər üzrə direktor Beata Yanişevska-Brudiş və N.Kopernik adına məktəbin direktoru Eljbieta Kaşlikovska ilə görüşüb.

Görüşlərin nəticəsi olaraq xatirə lövhəsinin açılışı iyunun 6-na təyin edilib.

Qeyd edək ki, həmin gün N. Kopernik adına məktəbdə hər il ənənəvi olaraq “Elm” günü kimi qeyd edilir. Bu

il keçiriləcək tədbir azərbaycanlı alim, mütəfəkkir A.A.Bakıxanova həsr ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir